Son Xəbər: Vyanada "Arşın mal alan" operettasının yeni quruluşda premyerası keçirilib, Bakıda arvadını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub, Ərdoğan da İrəvana getməyəcək?, Milli Məclisin Zəfər Günü bəyanatı - TAM MƏTN, Azərbaycanda bu müəllimlərə bonuslar veriləcək, Hərbi və xüsusi rütbəli şəxslərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmə qaydası təsdiqlənib, Ceyhun Bayramov Səmərqənddə Şövkət Mirziyoyevlə görüşüb, "Telegram" və "WhatsApp" Krımda rəsmi olaraq bloklanıb, Prezident Balakənin icra başçısını vəzifəsindən azad edib, BŞİH-də növbəti müşavirə keçirilib, Trest rəhbərliyi tənqid edilib,

Bakıda arvadını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda arvadını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Tarix: Dün, 18:21

Bakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Rəşad Tağıyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Rəşad Tağıyevə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini təklif edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Rəşad Tağıyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə iyunun 30-da gecə saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 1 adlı ərazidə baş verib. Məlumata görə, Tağıyev Rəşad Tofiq oğlu həmin ərazidə arvadı 36 yaşlı Hüseynova Sevinc İnşallah qızını aralarında yaranmış mübahisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək qəsdən öldürüb.

Faktla bağlı cinayət işi başlanıb. Rəşad Tağıyev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR