Son Xəbər: Prokurorluq əməkdaşları Zəfər Günü ilə bağlı Gəncə Memorial Kompleksini ziyarət ediblər, Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SƏRƏNCAM, Pəncəli Teymurova Milli Qəhrəman adı verilib, İsrail səfirliyi Azərbaycanı təbrik edib, Baş prokuror: Azad edilmiş rayonlarda prokurorluqların yaradılması qayıdışın hüquqi çərçivəsini formalaşdırıb, Ərdoğandan İlham Əliyevə ZƏFƏR TƏBRİKİ, Azərbaycanda vergi güzəştləri ləğv edilmir - RƏSMİ, Onlara yeni vəzifə verildi, Bakı, Sumqayıt və Abşeron üzrə noyabr ayının pensiyaları ödənilib, Pakistan Baş nazirinin Azərbaycana səfər proqramı açıqlanıb,

Prokurorluq əməkdaşları Zəfər Günü ilə bağlı Gəncə Memorial Kompleksini ziyarət ediblər

Prokurorluq əməkdaşları Zəfər Günü ilə bağlı Gəncə Memorial Kompleksini ziyarət ediblər

Tarix: Bugün, 17:55


“Zəfər Günü”nün 5-ci ildönümü münasibətilə Gəncə şəhər, Şəmkir, Samux, Göygöl, Kəlbəcər rayon prokurorluqları, eləcə də Gəncə və Şəmkir hərbi prokurorluqlarının əməkdaşları Gəncə Memorial Kompleksini ziyarət ediblər.

Ziyarət zamanı prokurorluq əməkdaşları şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq abidənin önünə gül dəstələri qoyub, Gəncə terroru zamanı həlak olanların ruhuna dualar oxuyublar.

Tədbir iştirakçıları Memorial Kompleksin ekspozisiyası ilə yaxından tanış olub, burada təqdim olunan “XX əsrin əvvəli”, “Deportasiya və məcburi köçkünlük”, “Soyqırımı və kütləvi qırğınlar”, “Atəşkəs və Vətən müharibəsi dövrü”, “İtkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru” və “İşıqlı gələcəyə doğru” zallarını ziyarət ediblər.

Kompleksin əməkdaşları qonaqlara məlumat verərək bildiriblər ki, Vətən müharibəsi dövründə cəbhə xəttindən 80 kilometr aralıda yerləşən Gəncə şəhəri dəfələrlə raket hücumlarına məruz qalıb. Nəticədə 6-sı uşaq olmaqla 26 mülki şəxs həlak olub, 180-ə yaxın dinc sakin yaralanıb.

Mülki şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Gəncə şəhərində inşa edilən Memorial Kompleksin açılışı cari ilin 27 sentyabr tarixində – Anım Günündə dövlət başçısının iştirakı ilə baş tutub.

Bu Memorial Kompleks Azərbaycanın mülki əhaliyə qarşı törədilmiş terrora cavabı, şəhidlərin əziz xatirəsinə dərin ehtiramın və gələcək nəsillərə sülhün, ədalətin əhəmiyyətini göstərən simvolik bir rəmz kimi dəyərləndirilir.

Sonda prokurorluq əməkdaşları Kompleksin qarşısında xatirə şəkli çəkdiriblər.









RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR