Son Xəbər: London COP29-da iqlim dəyişikliyi ilə mübarizədə töhfəyə görə Bakıya təşəkkür edib, Arsenala qəbul edilən bu raket ilk dəfə paradda göstərildi, Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalına çəkdiyi xərci 6 %-ə yaxın artırıb, Paşinyan Ermənistan ordusunun rəhbər heyəti ilə müşavirə keçirib, Karapetyan “Ermənistan Elektrik Şəbəkələri”ni idarə etməkdən məhrum edilə bilər, İslam Oyunları: Azərbaycan millisi yarımfinalda məğlub olub, Tusk: Ukraynanın müharibəni uduzması üçün obyektiv səbəb yoxdur, Sabah 24 dərəcə isti olacaq - PROQNOZ, Yol polisi bayram günləri ilə əlaqədar sürücülərə müraciət edib, İmişlidə hamilə qadın xəstəxanada ölüb,

Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalına çəkdiyi xərci 6 %-ə yaxın artırıb

Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalına çəkdiyi xərci 6 %-ə yaxın artırıb

Tarix: Bugün, 16:58

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 142,052 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını idxal edib.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,6 % çoxdur.

Təkcə oktyabrda Türkiyə Azərbaycana 15,004 milyon ABŞ dollarlıq taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 13,2 % azdır.

10 ayda Türkiyənin taxıl, paxlalılar, yağl toxumları və onun məhsullarını ixracının ümumi dəyəri illik müqayisədə 4,4 % artaraq 10,135 milyard ABŞ dollarına, oktyabrda isə 5,8 % artaraq 1,094 milyard ABŞ dollarına çatıb.

Türkiyədən ən çox bu məhsulların idxalını İraq 1 milyard 437,637 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 17,6 % az), ABŞ 742,996 milyon ABŞ dolları (+42,7 %) və Suriya 570 milyon ABŞ dolları (+37,1 %) dəyərində həyata keçirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR