Son Xəbər: Maliyyə Nazirliyi Rəqəmsal Maliyyə Mərkəzi ilə bağlı qərarı şərh edib, Litvanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb, Ermənistanda KTMT-nin sabiq Baş katibi Xaçaturovun oğlu beynəlxalq axtarışa verilib, DTX tərəfindən saxlanılan Məmməd İbrahimli həbs olunub, Rusiyanın Dneprə raket zərbəsi nəticəsində ölənlərin sayı 4-ə, yaralananların sayı 22-yə çatıb - YENİLƏNİB, Gürcüstanın hakim partiyası BBC-ni məhkəməyə verir, Zərdabda yol təmirinə 2 milyon manat ayrılıb, DTX tərəfindən saxlanılan Məmməd İbrahimə ittiham irəli sürülüb, Hikmət Hacıyev: Rəsmi Bakı sanksiyalar məsələsində ayıq-sayıqdır, Binanın damında 13 yaşlı qıza əxlaqsızlıq edən gəncə - 2 il həbs!,

Ötən həftə yanğınlarda 5 nəfər ölüb - Video

Ötən həftə yanğınlarda 5 nəfər ölüb - Video

Tarix: Dün, 10:11

Ötən həftə 221 yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 221 yanğına çıxış, 26 halda köməksiz vəziyyətdə qalma, 1 avtonəqliyyat qəzası və 3 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 35 nəfər xilas edilib, 15 nəfər təxliyə olunub, 22 nəfər xəsarət alıb, 5 nəfərin meyiti təhvil verilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR