Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Prezident həmkarını təbrik etdi

Prezident həmkarını təbrik etdi

Tarix: 1-12-2025, 11:09


Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Nikuşor Dana təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Rumıniyanın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Biz dost və tərəfdaş olan Rumıniya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Bu gün xoş ənənələr və sağlam təməllər üzərində qurulan Azərbaycan-Rumıniya ikitərəfli əməkdaşlıq gündəliyinin genişlənməsi, səmərəli birgə fəaliyyətimizin ticari-iqtisadi, energetika, xüsusilə yaşıl enerji, mədəni-humanitar və digər sahələrdə yeni məzmunla zənginləşməsi, strateji tərəfdaşlığımızın möhkəmlənməsi məmnunluq doğurur.

Əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da dərinləşəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Rumıniya xalqına daim firavanlıq və rifah diləyirəm”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR