Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Azad edilmiş ərazilərdə daha 25 abidə inventarlaşdırılıb

Azad edilmiş ərazilərdə daha 25 abidə inventarlaşdırılıb

Tarix: 2-12-2025, 15:10

 

Ağdam, Füzuli, Ağdərə və Xocalı rayonları ərazisində 16-ı arxeoloji, 9-u memarlıq abidəsi olmaqla ümumilikdə daha 25 tarix-mədəniyyət abidəsinin yeri müəyyən olunaraq inventarlaşdırılıb.


Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.


Bildirilib ki, inventarlaşma işləri zamanı sahə tədqiqatı işləri görülüb, abidələrin elektron xəritələri hazırlanıb, fotofiksasiya və dron çəkilişləri aparılıb, arxiv sənədləri araşdırılıb və digər mənbələr nəzərdən keçirilib.


İndiyədək işğaldan azad olunmuş ərazilərdə yerləşən 575 tarix-mədəniyyət abidəsinin inventarlaşma işləri başa çatdırılıb. Eyni zamanda, 402 tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən obyektin inventarlaşması həyata keçirilib və yeni aşkar edilmiş abidə kimi qeydə alınıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 2025-ci il tarixli 193 nömrəli Qərarı ilə həmin yeni aşkar edilmiş abidələrin 44-ü daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilib. Bununla da Qarabağ və Şərqi Zəngəzurda dövlət qeydiyyatında olan tarixi abidələrin sayı 749-a çatıb.


Dövlət mühafizəsində olan 749 tarixi abidədən 130-da inventarlaşma işlərinin aparılması mümkün olmayıb. İnventarlaşdırılmayan abidələrin əksəriyyəti minalarla çirkləndirilən təhlükəli, yaşayış məntəqələrindən kənar, yüksək dağlıq və meşəlik ərazilərdə yerləşir.


30 ilə yaxın davam edən işğal müddəti tarixi abidələrin dağıdılmasına, vandalizmə uğramasına gətirib çıxarıb. Ümumilikdə işğaldan azad olunmuş ərazilərdə 68 abidə tamamilə dağıdılıb, 114 abidə böyük həcmdə və miqyasda dağıntıya məruz qalıb, digərlərinə isə müxtəlif dərəcədə ziyan vurulub.


Dövlət Xidməti tərəfindən 434 abidəyə dəyən maddi zərərin məbləği hesablanıb. Ümumilikdə dəymiş zərər 700 milyon 154 min manat təşkil edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR