Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Tarix: 4-12-2025, 12:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakeri qəbul edib.


Azərbaycan Prezidenti ilə görüşdən məmnunluğunu bildirən qonaq ilk növbədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin salamlarını dövlət başçısına çatdırıb.


Lord Vernon Koaker ölkələrimiz arasında dostluq və etimada əsaslanan münasibətləri qeyd edərək əlaqələrimizin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb.


Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinə çatdırmağı xahiş edib. Prezident İlham Əliyev Kir Starmerin COP29-da iştirakını və onunla görüşünü məmnunluqla xatırlayıb.


İkitərəfli münasibətlərimizin zəngin tarixinin olduğunu deyən dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın enerji sektorundan başladığını və daha sonra bir çox sahələri əhatə etdiyini vurğulayıb. Prezident İlham Əliyev ticarət, investisiya və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu deyib. Dövlət başçısı hazırda ölkələrimiz arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifənin açılmasına toxunaraq, bunu qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirib.


Qonaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş nəticələr münasibətilə dövlət başçısını təbrik edib.


Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirərək, bütün bunların tarixi əhəmiyyət daşıdığını vurğulayıb və bu məsələdə ABŞ Prezidenti Donald Trampın xüsusi roluna toxunub. Dövlət başçısı sülh gündəliyinin təşəbbüskarının məhz Azərbaycan olduğunu deyib və onun irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini vurğulayıb.


Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR