Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Naxçıvanda Komando kursunun növbəti buraxılışı olub - VİDEO

Naxçıvanda Komando kursunun növbəti buraxılışı olub - VİDEO

Tarix: 5-12-2025, 15:21

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə NazirliyiQndən  APA-ya verilən xəbərə görə, əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edib, hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və bölmələrin döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyətini vurğulayıblar.

Kursu müvəffəqiyyətlə bitirən məzunlar "Komando andı"nı qəbul ediblər. Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Buraxılış mərasiminin sonunda şəxsi heyət təntənəli marşın sədaları altında tribunanın önündən keçib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR