Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Baş katib: Azərbaycan Konstitusiyasının qəbulu Heydər Əliyevin şəxsiyyəti ilə ayrılmaz şəkildə bağlıdır

Baş katib: Azərbaycan Konstitusiyasının qəbulu Heydər Əliyevin şəxsiyyəti ilə ayrılmaz şəkildə bağlıdır

Tarix: 8-12-2025, 12:28

 

1995-ci ildə Azərbaycan Konstitusiyasının qəbulu Heydər Əliyevin şəxsiyyəti ilə ayrılmaz şəkildə bağlıdır.

Bununla bağlı MDB Parlamentlərarası Assambleyasının Baş katibi və Şurasının Katibliyinin rəhbəri Dmitri Kobitskinin Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialı tərəfindən keçirilən "Heydər Əliyev - Suveren Azərbaycanın Konstitusionalizminin və parlamentarizminin banisi" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirilib.

Baş katibin nitqini MDB PA Şurası baş katibinin müavini, Milli Məclisin Rusiyadakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov oxuyub.

Müraciətdə bildirilib ki, hazırkı tədbir MDB ölkələrinin nümayəndələri arasında səmərəli müzakirələr və yüksək keyfiyyətli fikir mübadiləsi üçün çoxşaxəli platforma ola bilər:

"Konstitusiyanın qəbulu Heydər Əliyevin şəxsiyyəti ilə ayrılmaz şəkildə bağlıdır. Heydər Əliyevin siyasi istedadı sayəsində Azərbaycan özünü suveren, çiçəklənən bir dövlət kimi təsdiqləyib. Onun təcrübəsi bütün MDB üzv dövlətləri üçün maraq doğurur".

Dmitri Kobitskinin müraciətində Azərbaycan Milli Məclisinin fəaliyyəti yüksək qiymətləndirilib:

"Milli Məclisin fəlaiyyəti ölkənin hüquq sisteminin formalaşdırılmasına və demokratik inkişafına, MDB regionunda və ondan kənarda beynəlxalq əməkdaşlığın gücləndirilməsinə yönəlib".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR