Son Xəbər: Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB, Media nümayəndələri üçün "Storytelling" mövzusunda təlim keçirilib, Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib, İlham Əliyevlə Robert Fitsonun görüşü zamanı "Qurban olum Azərbaycan" mahnısı ifa edilib, Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssisə etimad göstərib, Almaniya 52 milyard avroluq müdafiə sifarişlərini təsdiqləyəcək, Bratislavada Azərbaycan ilə Slovakiya arasında bir sıra sənədlər imzalanıb, Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək, Növbəti üç gündə leysan yağacaq - XƏBƏRDARLIQ, Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq müzakirə olunub,

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB

Tarix: Dün, 18:08

Dekabrın 9-da Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək görüşü olub.

Söhbət zamanı Azərbaycan-Slovakiya strateji tərəfdaşlıq əlaqələrinin inkişafından məmnunluq bildirilib. Ötən il Baş nazir Robert Fitsonun ölkəmizə, hazırda isə Azərbaycan Prezidentinin Slovakiyaya rəsmi səfərlərinin ikitərəfli münasibətlərimizin genişləndirilməsinə böyük töhfə verəcəyinə əminlik vurğulanıb.

Siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu qeyd edilərək, digər istiqamətlər üzrə də əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların mövcudluğu bildirilib.

Robert Fitso Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı əldə edilmiş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Təbriklərə görə minnətdarlığını bildirən dövlət başçısı regional sülhün təmin olunması istiqamətində Azərbaycanın bundan sonra da səylərini davam etdirəcəyini vurğulayıb.

Görüşdə işğaldan azad edilmiş torpaqlarımızda Slovakiya şirkətinin iştirakı məmnunluqla qeyd olunub, ölkələrimizin arasında əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

***

Dekabrın 9-da Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək görüşü olub.
Slovakiyanın Baş naziri dövlət başçısını qarşılayıb.

Azərbaycan Prezidenti və Slovakiyanın Baş naziri birgə foto çəkdirdilər.

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR