Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Əmək Məcəlləsinə 420 dəyişiklik ediləcək

Əmək Məcəlləsinə 420 dəyişiklik ediləcək

Tarix: 10-12-2025, 11:30

 

1999-cu ildən etibarən əmək məcəlləsinə yüzlərlə maddə üzrə dəyişiklik edilmişdir. Lakin kəmiyyət baxımından ümumilikdə 18 qanun üzrə 178 maddədə 457 dəyişiklik özündə ehtiva edir. Bu qanunların 8-i birbaşa Əmək və Sosial Siyasət Komitəsinin qanunvericilik arealına aid olan, digərləri isə dolayısı yolla komitəyə aid olan məsələlərdir.Ümumilikdə 154 maddə üzrə 457 dəyişikliyin 420-si sırf Əmək Məcəlləsinə aid olan məsələlərdir ki, bu da faiz nisbətində 92 faizə bərabərdir.


Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü plenar iclasında Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.


Şöbə müdiri qeyd edib ki, Komitənin qanunvericilik sahəsinə aid olan məsələlərdə Həmkarlar İttifaqları haqqında qanunda – 6, Sosial Sığorta haqqında qanunda – 1, Valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsi haqqında qanunda – 2, Ünvanlı Dövlət Sosial Yardımı haqqında qanunda – 1, İşsizlikdən Sığorta haqqında qanunda və Əlilliyi olan şəxslərin hüquqları haqqında qanunda – 4, məşğulluq haqqında qanunda isə – 2 dəyişiklik nəzərdə tutulmuşdur.


“17 qanunda təsbit olunması nəzərdə tutulan dəyişikliklər məhz Əmək Məcəlləsində nəzərdə tutulan dəyişikliklər çərçivəsində hazırlanmışdır və uyğunlaşdırma xarakterlidir”.A




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR