Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Vergi sirrini gizli saxlamaq işçinin əsas vəzifəsi sayılacaq

Vergi sirrini gizli saxlamaq işçinin əsas vəzifəsi sayılacaq

Tarix: 10-12-2025, 12:00

Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halların siyahısı genişləndirilir.

Məsələ Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirə edilən Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab ediləcək:

dövlət, kommersiya və (və ya) vergi sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;
“Fərdi məlumatlar haqqında” Qanuna əsasən konfidensial hesab edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması.
Dövlət, kommersiya və vergi sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsi sayılacaq.

İşçi qanunazidd hərəkətləri ilə dövlət, kommersiya və (və ya) vergi sirrini yaydıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyacaq.

İşçi dövlət, kommersiya və (və ya) vergi sirrinin qorunmasına cavabdeh olacaq və bu sirləri yaymağa görə qanunvericilikdə və bu əmək müqaviləsində nəzərdə tutulan məsuliyyət daşıyacaq.

Mövcud qanunvericiliyə görə, kollektiv müqavilənin və sazişin və ya onlara dəyişikliklərin layihəsinin hazırlanması məqsədi ilə danışıqlar aparmaq üçün tərəflər müvafiq səlahiyyətlər verilmiş bərabərsaylı nümayəndələrdən ibarət komissiya yaradırlar. Komissiyanın tələbi ilə tərəflər kollektiv danışıqların aparılması üçün zəruri olan məlumatları 5 gün müddətində təqdim etməlidirlər.

Layihəyə əsasən, danışıqların iştirakçıları, alınmış məlumatlarda olan dövlət, kommersiya və (və ya) vergi sirrini yaymağa görə qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə cəlb olunacaqlar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR