Son Xəbər:
Tarix: Bugün, 12:11
Ukrayna tərəfi Xəzər Boru Kəməri Konsorsiumu məsələsində anlayış nümayiş etdirir.
Bunu Qazaxıstanın xarici işlər naziri Ermek Koşerbayev bildirib.
Məlumata görə, XİN rəhbəri Ukrayna tərəfi ilə Novorossiyskdə yerləşən Xəzər Boru Kəməri Konsorsiumuna (XBK) edilən hücumları müzakirə edib.
“Ukrayna tərəfi ilə anlayış mövcuddur”, — Koşerbayev konsorsiumun terminalına edilmiş zərbələr barədə bildirib.
Qeyd edək ki, Ukrayna pilotsuz uçuş aparatlarının zərbələri nəticəsində Qazaxıstan ixrac üçün nəzərdə tutulan neft axınını təcili olaraq alternativ marşrutlara yönləndirmək qərarına gəlib.