Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul keçirilib

Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul keçirilib

Tarix: 11-12-2025, 15:27


Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin Milli Günü münasibətilə həmin ölkənin Bakıdakı səfirliyi tərəfindən təşkil olunmuş rəsmi qəbulda iştirak edib.


Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


Qeyd edilib ki, qəbulda çıxış edən nazir Kəmaləddin Heydərov Milli Gün münasibətilə Qətər xalqını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından təbrik edib, Qətər Dövlətinə əmin-amanlıq və davamlı tərəqqi arzulayıb.



Azərbaycan və Qətər arasında otuz ildən artıq müddətdə formalaşmış diplomatik münasibətlərin dostluq və qarşılıqlı hörmətə əsaslandığını vurğulayan nazir iki ölkə liderlərinin müdrik, ardıcıl və uzaqgörən siyasəti nəticəsində ölkələrimiz arasında çoxşaxəli əlaqələrin daim genişləndiyini xatırladıb.


Bu çərçivədə, Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyəti qeyd olunub. Cari ilin noyabr ayında keçirilmiş Komissiyanın dördüncü iclasının iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu deyən nazir iclas çərçivəsində təşkil olunmuş Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası barədə danışıb.


K.Heydərov, həmçinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Qətər Dövlətinin müvafiq qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq münasibətlərindən danışıb, əlaqələrin müxtəlif istiqamətlər üzrə genişləndirilməsinin qarşılıqlı faydasını qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR