Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Azad edilmiş ərazilərdə mina təhlükəsi ilə bağlı maarifləndirici videoçarx hazırlanıb

Azad edilmiş ərazilərdə mina təhlükəsi ilə bağlı maarifləndirici videoçarx hazırlanıb

Tarix: 16-12-2025, 10:48


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, doğma yurda qayıdan keçmiş məcburi köçkünlərin təhlükəsizliyinin və rahatlığının təmin edilməsi dövlətin əsas prioritetlərindən biri kimi müəyyən edilib.


Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilib.


Qeyd edilib ki, bu istiqamətdə görülən işlərlə yanaşı, işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursat təhlükəsi hələ də mövcudluğunu saxlayır.


“Təhlükənin aradan qaldırılması məqsədilə ərazilərdə genişmiqyaslı təmizləmə tədbirləri aparılır, paralel olaraq əhalinin maarifləndirilməsi davam etdirilir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirdiyi maarifləndirmə və təbliğat işlərinin tərkib hissəsi olan növbəti videoçarx əhalini mina təhlükəsinə qarşı ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır. Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyi ilə hazırlanan videoçarx işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsinə dair ictimai məlumatlılığın artırılmasına xidmət edir”, - məlumatda deyilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR