Son Xəbər: "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq, Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib, Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir", Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib, Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib, Sentyabrın pensiya ödənişləri yekunlaşıb, FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib, Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur,

Əhməd İsmayılov: Türk dünyasının jurnalistləri arasında həmrəyliyə ehtiyac var

Əhməd İsmayılov: Türk dünyasının jurnalistləri arasında həmrəyliyə ehtiyac var

Tarix: 18-12-2025, 13:13

 

"Ölkələrimiz haqqında həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılması üçün bütün Türk dünyasının jurnalistləri arasında həmrəyliyə ehtiyac var".


Bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Ankarada keçirilən türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumunda çıxışı zamanı deyib.


Əhməd İsmayılov bildirib ki, media subyektləri öz peşəkar missiyasını layiqincə yerinə yetirdiyi təqdirdə türk dünyasının səsi beynəlxalq müstəvidə daha güclü eşidiləcək. Onun sözlərinə görə, dövlətlərin yerləşdiyi coğrafiyanın real mənzərəsini düzgün işıqlandırmaq və beynəlxalq ictimaiyyəti obyektiv informasiya ilə təmin etmək üçün jurnalistlərin peşəkarlığının və sayıqlığının artırılması vacibdir.


İcraçı direktor çıxışının sonunda forumda iştirak edən jurnalistlərə və media nümayəndələrinə bu istiqamətdə fəaliyyətlərində uğurlar arzulayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR