Son Xəbər: Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Prezident İlham Əliyevi təbrik edib, Taksi buraxılış vəsiqəsi almaq üçün son tarix açıqlanıb, Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB, DGK-nın milyonluq qaçaqmalçılıqla bağlı vəzifəli şəxsləri həbs edilib, axtarışa verilənlər var, Sosial şəbəkədə qadınları şantaj etməkdə təqsirləndirilən şəxsə hökm oxunub, İlham Əliyev Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub, Prezident İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub, Sabah hava yağmursuz olacaq, MİQ imtahanı ödənişli olacaq - TƏSDİQLƏNDİ, Tokayev İlham Əliyevi təbrik etdi,

İlham Əliyev Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub

İlham Əliyev Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub

Tarix: Bugün, 15:22

 Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub.

Dövlət başçısına binada yaradılacaq şərait barədə məlumat verilib.

Qeyd edək ki, Qarabağ Universitetinin Mühəndislik fakültəsi müasir texnoloji çağırışlara cavab verən, innovasiya və tətbiqyönümlü mühəndis kadrların hazırlanmasını hədəfləyən əsas akademik struktur bölmələrdən biridir. Fakültədə hazırda 19 professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 314 tələbə təhsil alır.

Fakültədə bakalavriat səviyyəsində elektrik və elektronika, inşaat, mexatronika və robototexnika, logistika və nəqliyyat texnologiyaları, kompüter mühəndisliyi, data analitika və riyaziyyat daxil olmaqla 7 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Gələcəkdə mühəndislik istiqaməti üzrə yeni ixtisasların açılması nəzərdə tutulur.

Yeni binanın müasir standartlara uyğun inşa edilərək qısa müddətdə istifadəyə verilməsi planlaşdırılır. Tədris binası keyfiyyətli kadr hazırlığını təmin edən, tələbələrin nəzəri bilik və praktiki bacarıqlarının inkişafına, həmçinin innovativ fəaliyyətlərinin genişləndirilməsinə xidmət edən auditoriyalar, laboratoriyalar, kitabxana, elmi-tədqiqat və innovasiya məkanları ilə təchiz olunacaq.

Layihənin icrası mühəndislik təhsilinin inkişafına mühüm töhfə verməklə yanaşı, müasir akademik məzmunun və innovativ tədris metodlarının tətbiqini təşviq edən, tələbələrin hərtərəfli inkişafını dəstəkləyən qabaqcıl ali təhsil mühitinin formalaşdırılmasına xidmət göstərəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR