Son Xəbər: Mixeil Kavelaşvili: Ölkələrimiz arasında əməkdaşlıq davamlı sülhün təşviqi üçün təməl rolunu oynayır, Güclü külək əsəcək, leysan və qar yağacaq - XƏBƏRDARLIQ, İsrail Livana hava zərbələri endirib, İlham Əliyev Xankəndidə Zəfər parkının açılışında iştirak edib - YENİLƏNİB, Rusiyanın dron hücumları Ukraynanın neft obyektlərinə ciddi ziyan vurub, Həftəsonu məktəblərdə dərs olacaq? - Nazirlik açıqladı, “Fənərbaxça” prezidenti Sadettin Saranın narkotik testi pozitiv çıxıb, AQEM-in baş katibi Prezident İlham Əliyevi təbrik edib, Xırdalanda 2 aylıq körpə boğularaq ölüb, Birinci xanım İlham Əliyevi təbrik etdi,

İsrail Livana hava zərbələri endirib

İsrail Livana hava zərbələri endirib

Tarix: Bugün, 15:34


İsrail müdafiə ordusu Livanın cənubunda "Hizbullah" qruplaşmasının ehtimal olunan raket buraxılış meydançalarına növbəti hava zərbələri endirdiyini açıqlayıb.


"İsrail Livanın cənubunda bir neçə rayonda "Hizbullah"ın bir sıra raket buraxılış meydançalarına zərbələr endirib", - İsrail müdafiə ordusunun teleqram kanalında bildirilib.


Bundan əlavə, İsrail müdafiə ordusu iddia edir ki, qruplaşma tərəfindən istifadə edilən binalar və digər infrastruktur obyektləri məhv edilib.


2024-cü ilin noyabrında İsrail və "Hizbullah" arasınd atəşkəs əldə olunub. Bu razılaşmaya görə, qruplaşma İsrailə hücumlar üçün istifadə edilə biləcək infrastrukturun bərpasına cəhd etməyəcək. İsrail müdafiə ordusunun isə onların təhlükəsizliyinə təhdid yaradıldığı zaman "Hizbullah" döyüşçülərinə zərbələr endirmək hüququ var.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR