Son Xəbər: Pakistan Azərbaycanın iqlim gündəliyinin irəli aparılması səylərini yüksək qiymətləndirib, Prezidentin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edilib, Göyçayda 9 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb, Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında fasilə yaranacaq, Avropa Minifutbol Federasiyası sosial şəbəkədə Azərbaycan millisi ilə bağlı paylaşımlar edib, Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil, Polşa Ukrayna və Belarus yaxınlığında hava məkanını bağlayır, Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib, Aİ Rusiyanın ticarət məhdudiyyətlərinə cavab olaraq Ermənistana 50 mln. avroluq yardım paketi hazırlayır, Keşlədə obyekt yanır,

Mixeil Kavelaşvili: Ölkələrimiz arasında əməkdaşlıq davamlı sülhün təşviqi üçün təməl rolunu oynayır

Mixeil Kavelaşvili: Ölkələrimiz arasında əməkdaşlıq davamlı sülhün təşviqi üçün təməl rolunu oynayır

Tarix: 24-12-2025, 16:42


Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Zati-aliləri, hörmətli cənab Prezident.

İcazə verin, doğum gününüz münasibətilə gürcü xalqı adından və öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırım.

Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası davamlı sülhə, sabitliyə və mühüm nailiyyətlərə nail olub ki, bu da uzaqgörənliyinizin və Azərbaycan xalqının rifahı naminə göstərdiyiniz fədakar xidmətinizin əyani sübutudur. İnanıram ki, Sizin rəhbərliyinizlə Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə daha da güclənəcək.

Əminəm ki, xalqlar arasında nümunəvi dostluq münasibətləri və möhkəm strateji tərəfdaşlıq qarşıdakı illərdə də möhkəmlənəcək və genişlənəcək. Gürcüstan və Azərbaycan arasındakı əməkdaşlıq təkcə ikitərəfli əlaqələrimizin inkişafı üçün deyil, həm də Cənubi Qafqazda daha dərin regional inteqrasiyanın, davamlı sülhün və sabitliyin təşviqi üçün təməl daşı rolunu oynayır.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, tükənməz enerji və yüksək məsuliyyətli dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə davamlı sülh və rifah arzulayıram".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR