Son Xəbər:
Tarix: Bugün, 18:54
İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin silah istehsalında müstəqilliyi artırmaqla bağlı planlarını açıqlayıb.
O bunu İsrail Hərbi Hava Qüvvələri pilotlarının buraxılış mərasimində deyib.
"Mən müdafiə və maliyyə nazirləri ilə birlikdə müstəqil sursat istehsalını yaratmaq üçün növbəti onillik üçün 108 milyard dollar məbləğində vəsaiti təsdiqlədim", - o bildirib.
Baş nazir qeyd edib ki, yəhudi dövləti ABŞ, Böyük Britaniya və Almaniyanın İsrailə silah tədarükünə məhdudiyyətlər tətbiq etməsindən sonra bütün tədarükçülərdən, o cümlədən müttəfiqlərdən asılılığı azaltmağa çalışır. Eyni zamanda, o vurğulayıb ki, Almaniya Federativ Respublikası da daxil olmaqla bir çox ölkə İsrailin silah sistemlərini almağa maraq göstərir.