Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Rusiya Kiyevə və ətraf bölgəyə kütləvi hücumlar edib, xəsarət alanlar var

Rusiya Kiyevə və ətraf bölgəyə kütləvi hücumlar edib, xəsarət alanlar var

Tarix: 27-12-2025, 10:07

Rusiya gecə boyu Ukraynaya dronlar və ballistik raketlərlə hücum edərək Kiyevdə və ətraf bölgədə xəsarətlərə və dağıntılara səbəb olub.

Kiyev meri Vitali Kliçkonun bildirdiyinə görə, hazırda dörd zərərçəkən tibbi yardıma müraciət edib, onlardan üçü xəstəxanaya yerləşdirilib. Bir qədər sonra o, zərərçəkənlərin sayının 5-ə çatdığını açıqlayıb.

Kiyevin Qoloseyevski rayonunda yanğın baş verib. İlkin məlumata görə, yanğın avtomobillərə texniki xidmət stansiyasında qeydə alınıb. Obuxov rayonunda icmalardan birinə məxsus kommunal müəssisənin binası zədələnib.

Kiyev Vilayət Dövlət Administrasiyasından verilən məlumata görə, Rusiya məqsədli şəkildə kritik infrastruktur obyektlərini və yaşayış evlərini hədəfə alıb. Hücum nəticəsində bir nəfər yaralanıb.Belə ki, hücum zamanı yük avtomobilini idarə edən İvano-Frankivsk vilayətinin sakini bel nahiyəsindən qəlpə yaraları alıb. Yaralı yerli xəstəxanaya yerləşdirilib.

Eyni zamanda, Vışqorod şəhərində çoxmərtəbəli binanın pəncərələri zədələnib. Digər vilayətlərdə də dağıntılar qeydə alınıb.

Borispol rayonunda istehsal müəssisəsinin binalarına və iki avtomobilə ziyan dəyib. Buça rayonunda tikinti sahəsinin ərazisində yanğın baş verib. Obuxov rayonunda isə icmalardan birinə məxsus kommunal müəssisənin binası zədələnib. Hücumlar davam edir. Monitorinq mənbələrinin məlumatına görə, paytaxta doğru təxminən 70 pilotsuz uçuş aparatı hərəkət edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR