Son Xəbər: Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ, Prezident ARDNF-in 2026-cı il büdcəsini təsdiqləyib, BP "Şahdəniz" yatağında seysmik kəşfiyyatın başlama tarixini açıqlayıb, Prezident İcbari tibbi sığorta fondunun 2026-cı il büdcəsini təsdiqləyib, Prezident 2026-cı ilin dövlət büdcəsini təsdiqləyib, Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub, Sabah rayonlara qar yağacaq, güclü külək əsəcək - PROQNOZ, FHN bayramda gücləndirilmiş rejimdə çalışacaq, KİV: Putin və Zelenski arasında beş ildən sonra ilk telefon danışığı baş tuta bilər, KİV: İran kimyəvi və bioloji silah elementləri ehtiva edən ballistik raket başlıqları üzərində işləyir,

Prezident İcbari tibbi sığorta fondunun 2026-cı il büdcəsini təsdiqləyib

Prezident İcbari tibbi sığorta fondunun 2026-cı il büdcəsini təsdiqləyib

Tarix: Bugün, 15:08

Prezident İlham Əliyev İcbari Tibbi Sığorta Fondunun (İTSF) 2026-cı il büdcəsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, gələn il İTSF-nin büdcə xərclərinin 2 milyard 621,5 milyon manat (bu illə müqayisədə 10,9 % az) olması proqnozlaşdırılır.

Xərclərin 1 milyard 976 milyon manatının Fondun gəlirlərinin (23,2 % az), 645,5 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (74,5 % çox) hesabına qarşılanması nəzərdə tutulur.

2026-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 900 milyon manatı və yaxud 2,2 %-i İTSF-yə ayırmaların payına düşəcək. Bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 36,5 % azdır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR