Son Xəbər: Beş fənn üzrə təhsil proqramı təkmilləşdirilib, Bakının bəzi küçələrində qısamüddətli təmir işləri aparılacaq, Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə hökm oxunub, Ünvanlı sosial yardım alan ailələrə birdəfəlik maddi yardım ödənilib, Ötən ay qeyri-neft sektorunun ixracında xurma birinci yeri tutub, Xameneinin müşaviri: İrana qarşı istənilən aqressiya sərt və dərhal cavabla nəticələnəcək, Səhiyyə Nazirliyi bayram və istirahət günləri ilə bağlı çağırış edib, Ötən ay təyin edilən icra başçısı - İşdən çıxarıldı, Prezidentlə ailəsinin “Ağ Şəhər”dən - Fotoları, Ali təhsildə bəzi ixtisas proqramlarına gender bərabərliyi ilə bağlı seçmə fənlər daxil edilə bilər,

Ötən ay qeyri-neft sektorunun ixracında xurma birinci yeri tutub

Ötən ay qeyri-neft sektorunun ixracında xurma birinci yeri tutub

Tarix: Bugün, 10:58


2025-ci ilin yanvar-noyabr ayları ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (297,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (175,4 milyon ABŞ dolları) ikinci, karbamid (163,4 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.


Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın dekabr sayında bildirilir.


Məlumata görə, 2025-ci ilin noyabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında xurma (40,9 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda meşə fındığı (26,2 milyon ABŞ dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (23 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.


Qeyd edilib ki, cari ilin on bir ayında Rusiya Federasiyasına 1,1 milyard ABŞ dolları, Türkiyəyə 546,1 milyon ABŞ dolları, İsveçrəyə 315,3 milyon ABŞ dolları, Gürcüstana 306,1 milyon ABŞ dolları, Ukraynaya isə 190,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.


2025-ci ilin noyabr ayında Rusiya Federasiyasına 109,7 milyon ABŞ dolları, Türkiyəyə 59,8 milyon ABŞ dolları, Gürcüstana 32,6 milyon ABŞ dolları, İsveçrəyə 26,9 milyon ABŞ dolları, Ukraynaya isə 18,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR