Son Xəbər: Azərbaycanda dini qurumlara ümumilikdə 6,3 mln manat maliyyə yardımı ayrılıb - SƏRƏNCAM, Prezident Cahangir Novruzov, Məsud Aşina və digər bir qrup şəxsi təltif edib, Suriya ordusu Hələbdə PKK/YPG-nin mövqelərini bombalamağa başlayıb, Partlayışda ölən SOCAR-ın işçisi imiş - Rəsmi, Şəkidə məktəb binası YANDI, İran etirazları yatırmaq üçün İraqdan milis dəstələri GƏTİRİB, Cəbrayılda mina partladı - Xəsarət alan var, Nəzrin ölümünə görə həbs olunan həkim azadlığa çıxdı, Xidmət rəisi Neftçalada vətəndaş qəbulu keçirəcək, Sumqayıtda irigövdəli ağac qaz xəttinin üzərinə aşıb, 650 abonent qazsız qalıb,

Maaş və pensiyalarda bu qədər artım olacaq - Deputat AÇIQLADI

Maaş və pensiyalarda bu qədər artım olacaq - Deputat AÇIQLADI

Tarix: 6-01-2026, 16:00

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində son yeddi il ərzində 5 sosial islahat paketin icra edildiyini və bu islahatların 4 milyon vətəndaşı əhatə etdiiyini bildirib.

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, yalnız ötən il reallaşan 5-ci sosial paket 3 milyondan çox vətəndaşı əhatə etməklə ölkəmizdə sosial təminat sisteminin daha güclənməsinə xidmət etdi:

"2025-ci ildəki artımlar üçün əlavə olaraq 1,4 milyard manat ayrılıb. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 7.6 milyard manat əlavə vəsait yönəldilib. 2024-cü ildə respublika üzrə orta aylıq əmək haqqı 8.1 faiz artmışdırsa, ötən ilin ilk 10 ayında artım 9.4 faiz olub. 2025-ci ilin yekun nominal orta aylıq əmək haqqı artım fazinin fevral ayının əvvəllərində rəsmi elan ediləcəyi gözlənilir. İlkin gözlənti 9.2 faiz maaş artımıdır.

Bu isə o deməkdir ki, bu aydan etibarən bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək. 9.2 faiz artırılacağı gözlənilən pensiya artımları 1 milyon 100 mindən çox vətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq. Bu bütün növ əmək pensiyalarını, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyaları alan bütün vətəndaşlarımıza şamil olunacaq.

Bu həmçinin o deməkdir ki, 540 manat məbləğində orta pensiya alan vətəndaşımızın pensiyasında bu aydan 50 manata yaxın artım olacaq. Yanvar ayının artımı fevral ayını artımı ilə birlikdə ödəniləcək. Nəticədə, 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır, yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illə müqayisədə 7.9%-dən çox artım deməkdir".

Deputatın sözlərinə görə, 2026-cı ilin dövlət büdcəsindən sosial istiqamətə 17.1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur: "Bu il büdcə xərclərinin 41 faizindən çoxu sosial istiqamətə yönələcək. Bu, 2026-cı ildə də sosial təminatın güclənməsinin əsas prioritetlərdən olacağından xəbər verir".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR