Son Xəbər: Rusiya "Marinera" tankerinin ABŞ tərəfindən ələ keçirilməsinə görə narahatlığını ifadə edib, Rövşən Nəcəf: "Üç "yaşıl dəhliz" 10 QVt-a qədər elektrik enerjisinin ötürülməsini təmin edə bilər", Türkiyə MN: Ukraynaya atəşkəsdən sonra sülhməramlı qüvvə göndərilə bilər, Prezident: Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq, Livan ordusu ölkənin cənubunda hərbi texnikaya nəzarəti ələ alıb, Bakının Süleyman Vəzirov küçəsində yenidənqurma işləri başa çatdırılıb, Partlayışda ölən SOCAR əməkdaşının - FOTOSU, Bakı Peşə Təhsil Mərkəzinin sabiq direktoru və baş mühasib barədə cinayət işinə xitam verilib, BİZİM TƏQVİM:8 yanvarda baş vermiş tarixi hadisələr, Dumanlı hava sabah axşamadək davam edəcək,

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Tarix: Dün, 10:08

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,07 ABŞ dolları və ya 0,1 % azalaraq 65,73 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 62,92 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,03 ABŞ dolları və ya 0,04 % artaraq 63,99 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR