Son Xəbər: Martin Ryanın məhkəməsində şahidlər dindirilib, Prokuror hakim sevgilisini güllələdi, Atəşkəsdən sonra Qəzzada 100-dən çox uşaq ölüb, Universitet müəllimi vəfat etdi, İrana görə ən çox zərər görəcək 5 ÖLKƏ, İş yerini qarşılıqlı dəyişdirən müəllimlərin NƏZƏRİNƏ!, Aİ: Müəyyən bir məqamda Putinlə danışıqlar aparmağa məcbur qalacağıq, Rusiya Müdafiə Nazirliyi "Oreşnik" zərbəsi ilə Lvov təyyarə zavodunu sıradan çıxardığını bildirib, Bakıda və bəzi rayonlarda külək güclənəcək, Bakının mərkəzində yağış suları ilə bağlı problemlərin həlli üçün yeni sistemlər qurulacaq,

Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilib

Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilib

Tarix: 9-01-2026, 15:58

Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı sənədlərə görə rüsumdan azad edilir.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 6-cı və "Dövlət rüsumu haqqında" qanunun 26-cı maddələrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələrini müəyyən edilib.

Buraya aiddir:

- daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı reyestrdən çıxarışın, texniki sənədlərin (pasport və plan ölçü) verilməsi;

- torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərzçəkmə işlərinin görülməsi;

- daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına

- (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi; ipotekanın dövlət qeydiyyatına alınması;

- eləcə də daşınmaz əmlaka dair digər hüquqi hərəkətlər.

Dəyişiklik sosial cəhətdən həssas əhali kateqoriyasının - müharibə ilə əlaqədar, 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar (o cümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar) əlilliyi müəyyən edilmiş şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin həmin xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumundan azad olunmasını nəzərdə tutur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR