Son Xəbər: "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq, Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib, Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir", Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib, Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib, Sentyabrın pensiya ödənişləri yekunlaşıb, FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib, Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur,

İşdən çıxanlara bu halda pul verilir

İşdən çıxanlara bu halda pul verilir

Tarix: 12-01-2026, 16:00

İşdən çıxanlara bu halda pul verilir

İşçi işdən çıxarkən onunla mütləq son haqq hesab aparılmalıdır. Bu, əmək qanunvericiliyinin tələblərindən biridir. Bəs son haqq-hesab nədir və necə hesablanır?

Son haqq hesab dedikdə işçinin işlədiyi dövr ərzində qazandığı, lakin hələ ödənilməmiş bütün məbləğlər nəzərdə tutulur.

Belə ki, işçi istər öz ərizəsi ilə, istər işəgötürənin təşəbbüsü ilə, istərsə də əmək müqaviləsinin müddəti başa çatdığı üçün işdən azad edilsin, bütün hallarda ona son ay üzrə işlədiyi günlərin əməkhaqqı, istifadə olunmamış məzuniyyət günlərinə görə ödəniş, eləcə də qanunla nəzərdə tutulan digər mümkün kompensasiyalar ödənilməlidir.

Məzuniyyət istifadə olunubsa, yenə pul verilirmi?

Əgər işçi illik məzuniyyət hüququndan tam istifadə edibsə, bu halda həmin məzuniyyət günlərinə görə əlavə ödəniş edilmir. Hətta işçi məzuniyyətdən qayıtdıqdan sonra bir müddət işləyib və daha sonra işdən çıxıbsa belə, artıq istifadə olunmuş məzuniyyətə görə yenidən pul ödənilmir.

Lakin işçi məzuniyyətini qismən istifadə edibsə və ya ümumiyyətlə istifadə etməyibsə, həmçinin məzuniyyətdən sonra işlədiyi müddətə görə yeni məzuniyyət günləri yaranıb və onlar istifadə olunmayıbsa, həmin günlərə görə işçiyə müvafiq ödəniş verilməlidir.

Məbləğ necə hesablanır?

İstifadə olunmamış məzuniyyət günlərinə görə ödəniş işçinin orta gündəlik əməkhaqqısı əsasında hesablanır. Orta gündəlik əməkhaqqı son 12 ay ərzində aldığı əməkhaqlarının cəminin həmin dövrdəki iş günlərinin sayına bölünməsi ilə müəyyən edilir. Alınan məbləğ istifadə olunmamış məzuniyyət günlərinin sayına vurularaq yekun ödəniş hesablanır.

Ödəniş nə vaxt verilməlidir?

Qanunvericiliyə əsasən, işçiyə məxsus bütün ödənişlər işdən çıxarıldığı gün və ya ən gec növbəti iş günündə verilməlidir. Son haqq hesabın gecikdirilməsi və ya ödənilməməsi işəgötürən üçün inzibati məsuliyyət yaradır.  




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR