Son Xəbər: Bakı və Berlin strateji tərəfdaşlıq gündəliyi ilə əməkdaşlığı möhkəmləndirir, Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar, Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub, Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub, Rusiya "Naftoqaz"ın qaz hasilatı obyektlərinə silsilə zərbələr endirib, Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq, Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq, Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir, Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb, Hindistan Rusiya diplomatını XİN-ə çağırıb,

Hizbullah tərksilah prosesinin vətəndaş müharibəsinə səbəb ola biləcəyinə dair xəbərdarlıq edib

Hizbullah tərksilah prosesinin vətəndaş müharibəsinə səbəb ola biləcəyinə dair xəbərdarlıq edib

Tarix: 14-01-2026, 14:08

Hizbullahın yüksək vəzifəli nümayəndəsi Livan hökumətini xəbərdar edib ki, ölkə üzrə təşkilatın tərksilah istiqamətində addımları xaos və hətta vətəndaş müharibəsinə səbəb ola bilər.

Bu barədə “Reuters“ məlumat yayıb.

Məlumata görə, Livan 2024-cü ildə Hizbullahla İsrail arasında başa çatan dağıdıcı müharibədən sonra ölkədə bütün silahları dövlət nəzarətinə almağı öhdəsinə götürüb. Lakin Hizbullah bildirir ki, razılaşma yalnız İsraillə sərhəd olan Livanın cənub bölgəsinə aiddir və digər ərazilərdə silah arsenalını verməkdən imtina edir.

Hizbullahın yüksək səviyyəli siyasi nümayəndəsi Mahmud Qmati Rusiyanın dövlət mediası RT-yə deyib ki, silahlar üzərində dövlət monopoliyasının şimal bölgələrinə qədər genişləndirilməsi “dövlət tərəfindən edilən ən böyük cinayət” olardı: “Livan hökuməti və dövlət institutlarının seçdiyi yol ölkəni qeyri-sabitliyə, xaosa və bəlkə də vətəndaş müharibəsinə aparacaq”.

O, həmçinin, qeyd edib ki, Hizbullah Livan ordusu ilə qarşıdurmaya getməyəcək.

Qeyd edək ki, Livan ordusu ötən həftə Litani çayı ilə İsrail sərhədi arasındakı ərazidə əməliyyat nəzarətini ələ aldığını açıqlayıb. Hökumət isə ordudan tərksilah prosesini ölkənin digər ərazilərində də aparmasını istəyir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR