Son Xəbər: Hakan Fidan Tom Barrakla görüşün təfərrüatlarını açıqlayıb, Avropa İttifaqı Qrenlandiyaya investisiyanı ciddi həcmdə artıracaq, NİİM sürücülərə müraciət edib, FIFA reytinqi: Azərbaycan millisinin mövqeyi dəyişməyib, Bakı metrosunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb, Çempionlar Liqasında 7-ci tur - Bugünkü OYUNLAR, ABŞ Azərbaycana başsağlığı verdi, Baş nazirlə spiker Şəhidlər xiyabanını ziyarət etdi, Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib, İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib,

“Qarabağ”-“Ayntraxt” oyununun biletləri satışda

“Qarabağ”-“Ayntraxt” oyununun biletləri satışda

Tarix: 15-01-2026, 17:38

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayntraxt” (Almaniya) oyununun biletləri satışa çıxır.

Bu barədə “Qarabağ”ın mətbuat xidməti məlumat yayıb.

Biletlər 16 yanvar, saat 12:00-dan etibarən satışda olacaq.

Standart biletlərin qiyməti: 10, 15, 25, 35, 40, 50, 75 AZN;

 VIP sektorlar: 200, 250, 300 və 400 AZN;

 VVIP sektorlar: 1000 AZN.

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.

Klubun açıqlamasında bildirilib ki, saxta biletlərə və digər saytlara aldanmayın. 

Xatırladaq ki, “Qarabağ” - “Ayntraxt” matçı yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyun saat 21:45-də başlayacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR