Son Xəbər: Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb, QMİ Qurban bayramı ilə bağlı fətva verib, Xəzər dənizində zəlzələ olub, Qalibaf: Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq, Asim Munir Tehranda Pezeşkianla görüşdü, Emin Əmrullayev Britaniyanın Vorvik Universitetində olub, Bazar günü 28 dərəcə isti olacaq, Ukraynanın Novorossiyskə dron hücumundan sonra neft terminalı yanıb, yaralılar var, May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb, Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb,

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

Tarix: 17-01-2026, 11:02

 

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,25 ABŞ dolları və ya 1,8 % artaraq 70,54 ABŞ dolları təşkil edib.


Bu barədə neft bazarındakı mənbə məlumat verib.


Hərracların nəticələrinə görə, "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 67,76 ABŞ dolları təşkil edib.


Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,09 ABŞ dolları və ya 1,63 % artaraq 68,08 ABŞ dolları təşkil edib.


Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.


Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR