Son Xəbər:
Tarix: Bugün, 12:19
Qanlı 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi “Bakı Metropoliteni” QSC-də bir dəqiqlik sükutla anılıb.
Saat 12:00-da xətlərdə bütün qatarlar tunellərdən stansiyalara çıxarılıb və sərnişinlərə sükut dəqiqəsini stansiyaların işçi və polis heyəti ilə birgə qeyd etməsi üçün şərait yaradılıb.
Qatarlardan bir dəqiqə ərzində fit verilib.