Son Xəbər: Vurulan Azərbaycan təyyarəsi ilə bağlı hesabat nə vaxt açıqlanacaq?, Tramp: Kanada ABŞ-ın sayəsində mövcuddur, Ukrayna humanitar yardıma görə Azərbaycana təşəkkür edib, ANAMA Xankəndiyə köçən sakinlərə maarifləndirmə tədbiri keçirib, Suriyada son hadisələr: dördgünlük atəşkəs, 14 maddəlik saziş - TƏHLİL, Misir Sülh Şurasına daxil olmaqla bağlı dəvəti qəbul edib, Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri dəyişə bilər, Masallıda 3 500 abonentin qaz təchizatı dayandırılacaq, Sabah hava yağmursuz olacaq - PROQNOZ, Dərnəgüldə obyekt yanır, polis əraziyə cəlb olunub - YENİLƏNİB,

Masallıda 3 500 abonentin qaz təchizatı dayandırılacaq

Masallıda 3 500 abonentin qaz təchizatı dayandırılacaq

Tarix: Bugün, 13:41

Masallıda 3 500 abonentin qaz təchizatı dayandırılacaq

Bu gün Masallı rayonu Köhnə Alvadı kəndi ərazisində minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində qaz xəttinin zədələnməsi qeydə alınıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, zədələnmiş borunun bərpası ilə əlaqədar olaraq Köhnə Alvadı, Güllütəpə, Tatyanoba, Əmirtürbə, Meşəkənarı, Böyük Xocavar, Bambaşı, Yeyənkənd, Abasbəyli kəndləri və Təzə Alvadı kəndinin bir hissəsi daxil olmaqla, ümumilikdə 3 500 abonentin qaz təchizatının saat 15:00-dan etibarən işlər yekunlaşanadək müvəqqəti olaraq dayandırılması planlaşdırılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR