Son Xəbər: "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq, Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib, Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir", Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib, Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib, Sentyabrın pensiya ödənişləri yekunlaşıb, FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib, Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur,

Kredit faizləri artır - VİDEO

Kredit faizləri artır - VİDEO

Tarix: 26-01-2026, 09:36

 Banklarda kredit faizlərində artım müşahidə olunur.

Ötən il 11-17 faizlə kredit təklif edən banklarda indi faiz dərəcəsi meyarlardan asılı olaraq 18 faizdən başlayaraq təklif edilir.

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, kredit fazilərində müşahidə olunan artıma səbəb Mərkəzi Bankın apardığı sərt pul siyasətidir. Belə ki, banklar əhalidən pul cəlb etmək üçün əmanət faizlərini qaldırır. Bu da bank üçün pulun maya dəyərinin artması deməkdir. Bank isə baha aldığı vəsaiti daha baha satdığından kredit faziləri artır.

Xalid Kərimli bildirib ki, Mərkəzi Bank hələ də inflyasiya risklərini tam keçmiş hesab etmədiyi üçün faizləri aşağı salmağa tələsmir. Belə olan halda isə  faizlərin enməsi gözlənilən deyil.

İqtisadçının fikrincə, 3 il əvvəl başlayan sərtləşdirmə tədbirlərinin real nəticələri indi tam hiss olunur. Bu isə pul-kredit siyasətinin iqtisadiyyata gecikmə ilə təsir etdiyini sübut edir. (Xezerxeber.az)





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR