Son Xəbər: İraqdakı xarici neft şirkətləri əməkdaşlarını təxliyə edir, Tramp: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib, Ciddədən Bakıya təxliyə reysi ilə 200-dən çox Azərbaycan vətəndaşı gətirilib, İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq, İsrail İrana qarşı genişmiqyaslı zərbələr dalğasına başlayıb, İsrail Ordusu İrandan yeni raket hücumu barədə məlumat yayıb, Günün qoroskopu: Pul məsələlərində cəsarətli qərar vermək istəsəniz..., İsveç sahillərində Qvineya bayrağı altında üzən yük gəmisi saxlanılıb, Havanın temperaturu 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ, Ağsaqqallar Şurası İranın Azərbaycana dron hücumu ilə bağlı bəyanat yayıb,

Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilir - VİDEO

Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilir - VİDEO

Tarix: 29-01-2026, 15:37

Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilir - VİDEO


“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan tədbirlərə uyğun olaraq növbəti layihə icra edilir. Belə ki, proqramda paytaxtın şimal girişi sayılan və böyük önəm kəsb edən həm Tbilisi, həm də Moskva prospektləri üzrə bir neçə ərazidə işlərin icrası nəzərdə tutulub. Artıq “Şamaxinka” adlanan ərazidə və Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində layihələr icra olunur.


Növbəti mərhələdə Tbilisi prospektinin daha bir problemli hissəsində “Rəqəmsal əkiz” vasitəsilə təhlillər aparılıb və həllər təklif olunub. Prospektin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində mövcud hərəkətin təşkilindəki bəzi çatışmazlıqlar günün pik saatlarında ciddi sıxlığa səbəb olur. Xüsusilə, icra edilən sola dönmə manevrləri arxadan gələn nəqliyyat axınlarını ləngidir, hərəkətin ritmini pozur və qəza risklərini artırır. Eyni zamanda, burada piyada hərəkətinin təhlükəsizliyi və rahatlığı tam təmin olunmur.


Bu problemlərin köklü həlli məqsədilə həmin ərazidə yol infrastrukturunda dəyişikliklər icra ediləcək. Belə ki, sola dönən nəqliyyat vasitələri üçün axından izolyasiya edilmiş, xüsusi "cib" tipli zolaqlar təşkil olunacaq. Bu yanaşma sayəsində dönmə əməliyyatı edən sürücülər ümumi axından ayrılacaq, düzünə hərəkət edən nəqliyyat vasitələri isə maneəsiz və sürətli şəkildə yollarına davam edə biləcəklər.


Bundan əlavə, Tbilisi prospekti və Həsən Əliyev küçəsinin kəsişməsində hərəkət intensivliyinin yüksək olması və axınların qeyri-bərabərliyi nəzərə alınaraq, burada nizamlanmayan prioritetli hərəkət qaydası ləğv edilir. Əvəzində kəsişmədəki münaqişəli nöqtələri minimuma endirmək və hərəkət növbəliliyini təmin etmək üçün yeni işıqforlar quraşdırılacaq. Bu, kəsişmənin buraxıcılıq qabiliyyətini artırmaqla yanaşı, təhlükəsizliyi də maksimum səviyyəyə çatdıracaq.


Paralel olaraq, piyadaların rahatlığı və əlçatanlığı üçün nizamlanan piyada keçidləri təşkil olunacaq və səkilər yenilənəcək.


Həyata keçirilən bu kompleks tədbirlər sözügedən yol qovşağında qarışıqlığı aradan qaldıracaq, yol hərəkətinin təhlükəsizliyinə və şəhər mobilliyinin keyfiyyətinin artırılmasına xidmət edəcək.


Layihə barədə videoçarxda tanış ola bilərsiniz:





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR