Son Xəbər: Parlamentdə müzakirə ediləcək əsas məsələlər açıqlandı, Azərbaycanda yaşa görə pensiya ARTIRILIR, Azərbaycanda MTK-ların “qara siyahı”sı yaradıla bilər, Hamiləliyə görə ödənişlər yeni qaydada hesablanacaq, ABŞ İrandan nə istəyir? - Xamenei AÇIQLADI, Gənclərimiz öz uğurları xalqımızı daim sevindirəcək, Prezident Gənclər Günü münasibətilə paylaşım edib, Məktəblərdə qış tətili başa çatdı, Əziz gənclər, bayramınız mübarək!, Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq - YENİLƏNİB,

Azərbaycanda MTK-ların “qara siyahı”sı yaradıla bilər

Azərbaycanda MTK-ların “qara siyahı”sı yaradıla bilər

Tarix: Bugün, 11:44

"Bu gün yüzlərlə, minlərlə ailə yarımçıq qalan binaların girovuna çevrilib. Səbəb isə açıqdır: bəzi MTK-ların məsuliyyətsizliyi, maliyyə intizamsızlığı və rəhbərliyin hüquqi problemləri...Təəssüf ki, mövcud qanunvericilik vətəndaşı tam qoruya bilmir. Bu sahədə artıq konkret mexanizmlər yaradılmalıdır".

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Razi Nurullayev deyib

Deputat qeyd edib ki, bunun üçün ilk növbədə MTK-lar üçün maliyyə təminatının həlli üçün mexanizmlər olmalıdır. Tikintiyə başlamazdan əvvəl şirkətin bank zəmanəti və ya sığorta təminatını təqdim etməsi nəzərdən keçirilməldir. Əgər tikinti yarımçıq qalarsa, bina həmin vəsait hesabına tamamlanmalıdır.

“İkincisi, vətəndaşın pulu qorunmalıdır. Alıcıların ödədiyi vəsait birbaşa MTK-ya yox, nəzarətli depozit hesablarına köçürülə bilər. Pul yalnız tikintinin real mərhələlərinə uyğun olaraq mərhələli şəkildə açılmalıdır.

Üçüncüsü, MTK rəhbərliyinin şəxsi məsuliyyəti olmalıdır. Dələduzluğa və ya vəsaitin təyinatdan kənar istifadəsinə görə təkcə şirkət yox, rəhbərlik də şəxsi məsuliyyət daşımalıdır. Belə şirkət və şəxslərə uzunmüddətli tikinti qadağaları və daha sərt məsuliyyət tətbiq olunmalıdır.

Dördüncüsü, dövlət nəzarəti gücləndirilməlidir. Riskli MTK-ların açıq “qara siyahı”sı yaradılmalıdır.

Beşincisi, zərərçəkmiş vətəndaşlar üçün sürətli hüquqi mexanizm olmalıdır: tikinti mübahisələri üzrə xüsusi prosedur, müvəqqəti dövlət tamamlayıcı fondu və pulsuz hüquqi yardım.

Mövqeyim aydındır: “istədiyini tik, pulu necə gəldi xərclə, sonra məsuliyyətdən yayın” dövrü bitməlidir. Burada söhbət bazardan yox, insan taleyindən gedir. Bu səbəbdən Mülki Məcəlləyə və Şəhərsalma və Tikinti Məcəlləsinə kompleks dəyişiklik paketi hazırlanmalı və birlikdə qəbul edilməlidir” – deyə o qeyd edib..




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR