Son Xəbər: Bakı və Berlin strateji tərəfdaşlıq gündəliyi ilə əməkdaşlığı möhkəmləndirir, Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar, Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub, Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub, Rusiya "Naftoqaz"ın qaz hasilatı obyektlərinə silsilə zərbələr endirib, Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq, Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq, Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir, Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb, Hindistan Rusiya diplomatını XİN-ə çağırıb,

BİZİM TƏQVİM: Fevralın 3-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Fevralın 3-də baş vermiş tarixi hadisələr

Tarix: 3-02-2026, 09:04

 
3 fevral 1995-ci ildə Avropa Şurası Parlament Assambleyasının Bürosu Azərbaycanın “xüsusi dəvət edilmiş qonaq” statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış edib.1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul edilib.

Bəs, 3 fevralda dünyada daha hansı hadisələr baş verib?

1. 1488-ci ilin 3 fevralında Portuqal səyyah Bartolomeu Dias Afrika qitəsinin ən cənub nöqtəsi olan Ümid Burnuna çatıb.

2. 3 fevral 1690-cı ildə Amerika koloniyalarında kağız pullar tətbiq edilməyə başlanılıb.

3. 1815-ci ilin bu günündə İsveçrədə dünyada ilk pendir zavodu qurulub.

4. 3 fevral 1916-cı ildə Böyük Britaniyada məcburi hərbi xidmət sistemi tətbiq edilib.

5. 1917-ci ilin 3 fevralında sərnişin gəmisinin vurulmasından sonra ABŞ Almaniya ilə diplomatik münasibətləri kəsilib. 

6. 3 fevral 1924-cü ildə Bakıda tramvay nəqliyyatı işə salınıb.

7. 1966-cı ilin 3 fevralında SSRİ-nin “Luna 9” kosmik aparatı Ay səthinə uğurlu eniş edib.

8. 3 fevral 1969-cu ildə Yasir Ərəfat Fələstin Azadlıq Təşkilatının rəhbəri seçilib.

9. 1973-cü ilin 3 fevralında Vyetnamda atəşkəs əldə edilib.

10. 3 fevral 1979-cu ildə Fransadan qayıdan imam Xomeyninin müvəqqəti hökuməti qurulub.

11. 1982-ci ilin bu günündə SSRİ modeli “Mi-26” helikopteri 57 ton yükü 2000 metr yüksəkliyə qaldırıb. Bu rekord hələ təzələnməyib.

12.  2004-cü il. Prezident İlham Əliyevin iştirakı ilə “Gülüstan” sarayında Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar sənədlərin imzalanması mərasimi keçirilib.

Azərbaycan, Gürcüstan və Türkiyə hökumətlərinin, BTC kreditorlar qrupunun nümayəndələri tərəfindən imzalanan maliyyələşmə paketi 78 müxtəlif tərəfin 17 mindən artıq imzası olan 208 maliyyə sənədini əhatə edib.

Bəs, bu gün kimlər xatırlanır?

1. Tanınmış Azərbaycan ziyalısı və maarifçisi Mеhdi Məşədi 3 fevral 1868-ci ildə Şuşada dünyaya gəlib.

2. Azərbaycanlı fizik, fizika-riyaziyyat elmlər doktoru, professor Azad Abbaszadə 1939-cu ilin 3 fevralında doğulub.

3. Azərbaycan rəssamı və heykəltəraşı, Azərbaycan Respublikasının xalq rəssamı Hüseynqulu Əliyev 1949-cu ilin bu günündə anadan olub.

4. Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev 1949-cu ilin 3 fevralında dünyaya göz açıb.

5. Azərbaycanın Milli Qəhrəmanı Bəylər Ağayev 1969-cu ilin 3 fevralında dünyaya gəlib.

6. Azərbaycanın Xalq artisti Hamlet Xanızadə 1990-cı ilin 3 fevralında vəfat edib.(Bizim.Media)





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR