Son Xəbər: "X" sosial şəbəkəsinin Parisdəki ofislərində axtarışlar aparılır, Mark Rütte Kiyevdə səfərdədir, Mətbuat Şurası sosial media istifadəçilərinə çağırış edib, Bakıya qar yağacaq - XƏBƏRDARLIQ, Yol polisi hava ilə bağlı sürücülərə müraciət etdi, İşçilərin sosial sığorta nömrəsi ləğv olunur, Ərdoğan bu gün Səudiyyədə, sabah Misirdə olacaq, Prezident İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub, Bu gün saat 15:00-dək işıq olmayacaq, DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi,

Mətbuat Şurası sosial media istifadəçilərinə çağırış edib

Mətbuat Şurası sosial media istifadəçilərinə çağırış edib

Tarix: Bugün, 12:45

Son dövrlər sosial şəbəkələrdə, xüsusilə "TikTok" və "YouTube" platformalarında canlı yayımlar və paylaşımlar zamanı açıq söyüşlərə, təhqirlərə, əxlaqsız davranışlara və nifrət nitqinə geniş şəkildə rast gəlinir.

Bu barədə Mətbuat Şurası məlumat yayıb.

Qeyd edilib ki, bu cür hallar cəmiyyətdə aqressiyanın artmasına, eyni zamanda, milli-mənəvi dəyərlərə ciddi zərər vurur.

Məlumatda vurğulanıb ki, xüsusilə xaricdə yaşayan bəzi blogerlər, tiktokerlər və əxlaqsız davranışları təbliğ edən ayrı-ayrı şəxslər sosial şəbəkələrdə canlı yayımlar vasitəsilə insanları açıq şəkildə təhqir edir, alçaldır və qarşıdurma mühiti yaradırlar.

"Belə davranışlar nə etik normalara, nə də ifadə azadlığının mahiyyətinə uyğundur. İfadə azadlığı heç bir halda təhqirə, söyüşə, nifrət nitqinə, yalan məlumat yayımına və ictimai manipulyasiyaya haqq qazandıran təbiətə malik ola bilməz. Sosial media informasiya məkanının ayrılmaz hissəsidir və burada yayılan hər bir məlumat həm ictimai, həm də hüquqi məsuliyyət yaradır. Mətbuat Şurasının Sosial Media İstifadəçiləri ilə Əlaqələr Komissiyası sosial şəbəkələrdə fəaliyyət göstərən bütün blogerləri, tiktokerləri, ümumən sosial media istifadəçilərini qanunvericiliyə, etik normalara və ictimai məsuliyyət prinsiplərinə uyğun davranmağa çağırır", - deyə bildirilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR