Son Xəbər: Qəbələdə “Qış nağılı” Musiqi Festivalı başlayır, Baş prokuror İmişlidə vətəndaşları qəbul edib, "X" sosial şəbəkəsinin Parisdəki ofislərində axtarışlar aparılır, Mark Rütte Kiyevdə səfərdədir, Mətbuat Şurası sosial media istifadəçilərinə çağırış edib, Bakıya qar yağacaq - XƏBƏRDARLIQ, Yol polisi hava ilə bağlı sürücülərə müraciət etdi, İşçilərin sosial sığorta nömrəsi ləğv olunur, Ərdoğan bu gün Səudiyyədə, sabah Misirdə olacaq, Prezident İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub,

"X" sosial şəbəkəsinin Parisdəki ofislərində axtarışlar aparılır

"X" sosial şəbəkəsinin Parisdəki ofislərində axtarışlar aparılır

Tarix: Bugün, 14:54

Paris prokurorluğunun kibercinayətkarlıqla mübarizə şöbəsi "X" sosial şəbəkəsinin Parisdəki (Fransa) ofislərində axtarışlar aparır.

Bu barədə prokurorluğun bəyanatına istinadən "Le Parisien" nəşri məlumat yayıb.

"Bu araşdırmalar 2025-ci ilin yanvarında başlamış istintaq çərçivəsində Paris prokurorluğunun kibercinayətkarlıqla mübarizə şöbəsi və "Europol" tərəfindən aparılır", - məlumatda bildirilib.

Fransa hakimiyyəti "X" sosial şəbəkəsini xarici müdaxilə məqsədilə alqoritmi saxtalaşdırmaqda şübhəli bilir. Söhbət mütəşəkkil dəstə tərəfindən məlumatların avtomatlaşdırılmış emalı sisteminin işinin pozulması və həmin sistemdən məlumatların qanunsuz əldə edilməsi kimi hüquqpozmalardan gedir.

Fransa ekspertləri bu məlumatları təhlil etmək üçün "X"in tövsiyə alqoritminə və platformadakı istifadəçilərin bütün paylaşımları haqqında məlumatlara real vaxt rejimində çıxış tələb ediblər. Lakin "X" bu tələbləri yerinə yetirməkdən imtina edərək qeyd edib ki, konkret ittihamlarla bağlı hələ də məlumatsızdırlar. Şirkət həmçinin ittihamları siyasi motivli adlandırıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR