Son Xəbər: Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı - Yeni dövrün başlanğıcı – ŞƏRH, Hindistanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib, Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir, Qəbələdə “Qış nağılı” Musiqi Festivalı başlayır, Baş prokuror İmişlidə vətəndaşları qəbul edib, "X" sosial şəbəkəsinin Parisdəki ofislərində axtarışlar aparılır, Mark Rütte Kiyevdə səfərdədir, Mətbuat Şurası sosial media istifadəçilərinə çağırış edib, Bakıya qar yağacaq - XƏBƏRDARLIQ, Yol polisi hava ilə bağlı sürücülərə müraciət etdi,

Baş prokuror İmişlidə vətəndaşları qəbul edib

Baş prokuror İmişlidə vətəndaşları qəbul edib

Tarix: Bugün, 15:48

 Baş prokuror Kamran Əliyev fevralın 3-də İmişli rayon prokurorluğunun inzibati binasında İmişli, Beyləqan, Füzuli, Saatlı, Sabirabad, Cəbrayıl və Xocavənd rayonundan olan vətəndaşları qəbul edib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbulda iştirak edən 38 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.

Baş prokuror İmişlidə vətəndaşları qəbul edib




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR