Son Xəbər: Aİ ilə Türkiyə arasında regional gündəlik və Gömrük İttifaqı sazişinin yenilənməsi müzakirə ediləcək, Prezident İlham Əliyevin BƏƏ səfəri başa çatıb, Qurban Qurbanov “Neftçi”nin “yox” deməsindən danışdı - “Onlardan küsmürük”, Prezident İlham Əliyev Ərdoğana məktub ünvanlayıb, “Yeni bir müharibəyə şahid olmaq istəmirik”, Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub, 314 hərbçi təhvil verilib, Lavrov Simonyanı danladı: Qəribə açıqlamalar eşidirik, Ömürlük məhkum olunan erməni canilər harada saxlanılacaq?, Azərbaycanda 7 yaşlı uşaq bıçaqlandı - DƏHŞƏT, Bakıda erməni generalına ağır cəza verildi,

Aİ ilə Türkiyə arasında regional gündəlik və Gömrük İttifaqı sazişinin yenilənməsi müzakirə ediləcək

Aİ ilə Türkiyə arasında regional gündəlik və Gömrük İttifaqı sazişinin yenilənməsi müzakirə ediləcək

Tarix: Dün, 18:16

 

Avropa İttifaqının (Aİ) Genişlənmə üzrə komissarı Marta Kos dəyişən geosiyasi şəraitdə regional sabitlik və nəqliyyat əlçatanlığı, həmçinin ticarət və investisiyalarla bağlı Aİ-Türkiyə əməkdaşlığını müzakirə etmək üçün sabah Türkiyəyə yola düşəcək.


"Report"un Avropa bürosunun Avropa Komissiyasına istinadən verdiyi məlumata görə, onun Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömer Bolat, eləcə də xəzinə və maliyyə naziri Mehmet Şimşeklə görüşləri gözlənilir.


Komissаr Kos maliyyə naziri ilə birlikdə Türkiyədə "yaşıl keçid"ə töhfə verən kiçik və orta müəssisələr üçün Avropa İnvestisiya Bankının 200 milyon avro məbləğində yeni krediti haqqında müqavilənin imzalanması mərasimində iştirak edəcək.


Səfər zamanı Qara dəniz regionu, Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat əlçatanlığı sahəsində regional gündəlik müzakirə olunacaq.


"Aİ və Türkiyə arasında Gömrük İttifaqı məsələsi gündəliyin mühüm hissəsini təşkil edəcək", - məlumatda qeyd edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR