Son Xəbər: Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib, İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib, İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib, Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib, Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar, Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib, Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib, İlham Əliyev: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz, Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ, Hakan Fidan Rusiya-Ukrayna müharibəsi fonunda Qara dənizdə gəmilərə hücumları pisləyib,

"İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" dəyişib, sənəd üçün strateji layihələr müəyyənləşib

"İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" dəyişib, sənəd üçün strateji layihələr müəyyənləşib

Tarix: 6-02-2026, 18:44

 Prezident İlham Əliyev 18 yanvar 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası"nda dəyişiklik edib.

Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra sənaye məhəllələrinin rezidentlərinin investisiya təşviqi sənədi almaq üçün təqdim etdiyi strateji investisiya layihələrində minimal dəyəri 1 milyon manat olmalıdır.

Bundan başqa, fərmana əsasən, ölkə Prezidentinin müəyyən etdiyi istiqamətlər üzrə həyata keçirilən strateji investisiya layihələrini təqdim edən hüquqi şəxslərə və fərdi sahibkarlara investisiya təşviqi sənədi 2023-cü il yanvarın 1-dən 6 il ərzində verilir.

İqtisadiyyat Nazirliyi fərmandan irəli gələn məsələləri həll etməlidir.

İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri aşağıdakılardır:

1. Yerli xammal bazasına (metal filiz, alüminium, neft, qaz, kimya, tikinti materialları, pambıq və barama) əsaslanan istehsal layihələri;

2. Bərpaolunan enerji mənbələri hesabına enerji istehsalı layihələri;

3. Tullantıların idarə olunması və təkrar emalı layihələri;

4. Dəniz suyunun duzsuzlaşdırılması layihələri;

5. Özəl sənaye məhəllələrinin yaradılması layihələri və sənaye məhəllələrinin rezidentlərinin həyata keçirdiyi istehsal layihələri;

6. 2023-cü il yanvarın 1-dən sonra keçirilən investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən qeyri-neft/qaz sənayesi müəssisələrinin istehsal layihələri;

7. İstehsalı ilk dəfə təşkil edilən, yerli məhsullarla özünü təminetmə səviyyəsini (idxalın əvəzlənməsini) və ya qeyri-neft sektorunun ixrac potensialının artırılmasını təşviq edən iqtisadi fəaliyyət sahələrinin yaradılması istiqamətində həyata keçirilən "Azərbaycanda ilk" ("First in Azerbaijan") layihələri;

8. Dərman vasitələrinin və əczaçılıq məhsullarının istehsalı (qablaşdırma fəaliyyəti istisna olmaqla) layihələri;

9. Dəmir yolu hərəkət tərkibinin təmiri və onun ehtiyat hissələrinin istehsalı layihələri;

10. Hərbi təyinatlı məhsulların istehsalı layihələri.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR