Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub

Tarix: 11-02-2026, 10:05

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədrinin müvafiq əmri ilə Səbuhi Qurbanova Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən həmin kollecin direktoru vəzifəsinin icrası həvalə olunub.

Qeyd edək ki, S.Qurbanov ötən il həmin kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdi.

O, bakalavriat təhsilini Bakı Dövlət Universitetində "Riyaziyyat", magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində "Biznesin təşkili və idarə edilməsi" ixtisasları üzrə alıb. Əmək fəaliyyətinə Şəki şəhər 11 nömrəli orta məktəbdə riyaziyyat müəllimi kimi başlayan S.Qurbanov sonradan həmin məktəbdə direktor müavini, Şəki şəhər 20 nömrəli orta məktəbdə direktor, həmçinin Şəki-Zaqatala Regional Təhsil İdarəsində baş məsləhətçi vəzifələrində çalışıb.

2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR