Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanmış dairəvi xalçanın kəsim mərasimində iştirak edib

Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanmış dairəvi xalçanın kəsim mərasimində iştirak edib

Tarix: 12-02-2026, 17:20

Heydər Əliyev Fondu, “PASHA Holding” və “PMD Projects”in təşkilatçılığı ilə “Azərxalça” ASC-nin yaradıcı heyəti və toxucu ustalarının birgə zəhməti nəticəsində ümumdünya xalçaçılıq tarixində analoqu olmayan, diametri 22,17 metr olan dairəvi əl xalçasının toxunma prosesi artıq tamamlanıb.

Bu barədə“Azərxalça” ASC-dən məlumat verilib.

Bildirilib ki, Şuşa məscidi üçün iki ayrı dairəvi xalça hazırlanıb: məscidin birinci mərtəbəsi üçün nəzərdə tutulan xalça İsmayıllı emalatxanasında toxunaraq başa çatdırılıb, ikinci mərtəbə üçün hazırlanan xalça isə “Azərxalça” ASC-nin Şabran emalatxanasında toxunub.

Şuşa məscidi üçün hazırlanmış dairəvi xalçanın kəsim prosesində Leyla Əliyeva iştirak edib. Daha əvvəl Leyla Əliyeva İsmayıllı emalatxanasına baş çəkərək xalça ilə yaxından tanış olub, toxucularla vaxt keçirib və bu tarixi əsərin bir hissəsinə çevrilərək xalçaya ilmə atıb. Kəsim mərhələsində isə xalçanın son ilmələri məhz Leyla Əliyeva tərəfindən vurulub.

Xatırladaq ki, “Qarabağ” qrupuna aid olan və “Xətai” xalçasının elementlərini özündə birləşdirən bu nadir əsərin əsas toxunma prosesi İsmayıllı emalatxanasında həyata keçirilib. Toxunma prosesində 150 toxucu xanım tərəfindən təxminən 60 milyon ilmə atılıb. Möhtəşəm əsərin toxunmasına 2024-cü il dekabrın 16-da başlanılıb.

Xalçanın tam şəkildə toxunması üçün xüsusi olaraq yeni və fərqli üslubda dəzgah sifariş edilib. İki mərtəbədən ibarət bu dəzgah xaricdən dəvət olunmuş mütəxəssislər qrupu tərəfindən məhz “Azərxalça” ASC üçün hazırlanıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR