Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Ukrayna Rusiya və Avropanın ən böyük metanol zavodlarından birinə zərbə endirib

Ukrayna Rusiya və Avropanın ən böyük metanol zavodlarından birinə zərbə endirib

Tarix: 17-02-2026, 18:51

 Ukrayna dronları bu gecə Perm diyarında iri kimya zavoduna zərbə endirib.

Bu barədə “RBC-Ukraine” Ukrayna Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Regionun rəhbəri Dmitriy Maxonin hadisəni öz “Telegram” kanalında təsdiq edib, yerli əhalidən heç kəsin xəsarət almadığını bildirib.

Məlumata görə, dronların hədəfi “Metafrax Chemicals” zavodu olub.

Bildirilir ki, hücuma məruz qalan zavod Rusiya hərbi sənayesinin obyektidir və partlayıcı maddələr və digər hərbi təyinatlı materialların komponentlərini istehsal edir. Hadisə yerində olan şahidlər zavod ərazisində ən azı altı partlayışın baş verdiyini və işçilərin təxliyə olunduğunu bildiriblər.

“Metafrax Chemicals” zavodu Perm bölgəsində, Ukrayna ilə sərhəddən 1600 km-dən çox məsafədə yerləşir. “Metafrax Chemicals” Rusiya Federasiyasının və Avropanın metanol istehsal edən ən böyük zavodlarından biridir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR