Son Xəbər: Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil, Polşa Ukrayna və Belarus yaxınlığında hava məkanını bağlayır, Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib, Aİ Rusiyanın ticarət məhdudiyyətlərinə cavab olaraq Ermənistana 50 mln. avroluq yardım paketi hazırlayır, Keşlədə obyekt yanır, Nazir müavini: Avtonom nəqliyyat vasitəsinin qəza törətməsi ilə bağlı hüquqi tənzimləmələrə ehtiyac olacaq, DTX rəsmisi: "Dünyada enerji sektoruna həftəlik mindən çox ciddi kiberhücum qeydə alınır", Rusiya Xarkov və Xerson vilayətlərinə hücum edib: 9 nəfər ölüb, Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib, Əlilliyi olan şəxslərə zəruri həyat və fəaliyyət şəraitinin yaradılması qaydaları təsdiq edilib,

Xamenei azərbaycanlıları təriflədi - Təbrizlilər bu şuarları səsləndirdilər

Xamenei azərbaycanlıları təriflədi - Təbrizlilər bu şuarları səsləndirdilər

Tarix: 18-02-2026, 17:38

İranın ali lideri Seyid Əli Xamenei dünən Tehrandakı İmam Xomeyni Hüseyniyyəsində Şərqi Azərbaycan əyalətindən olan insanlarla - azərbaycanlılarla görüşüb. Görüş 18 fevral 1978-ci ildə Təbriz əhalisinin Şah rejiminə qarşı tarixi qiyamının növbəti ildönümü ilə bağlı keçirilib.

Türkiyəli jurnalist Gürkan Demir Xameneinin təbrizlilərlə görüşündən reportaj hazırlayıb.

Sosial media hesabında paylaşım edən jurnalist bildirib ki, salonda ən çox səslənən şüar "Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir" olub.

Onun sözlərinə görə, görüşdə Təbrizdən gələn 1000-dən çox insan İslam Respublikasına sadiqliyini vurğulayıb.

“Mən görüşdə iştirak edən yeganə türk media nümayəndəsi idim. Orada “Ulusal” kanal və “Aydınlıq” qəzetini təmsil edirdim”, - jurnalist qeyd edib.


Gürkan Demirin sözlərinə Xamenei ilə görüşə Təbrizdən olan hərbçilər, polis məmurları, siyasi rəsmilər, din alimləri və adi vətəndaşlar gəlmişdilər:

“Körpələri ilə birlikdə gələnlər və əlil arabalarında olanlar var idi...
Keçmiş prezident İbrahim Rəisi ilə birlikdə helikopter qəzasında həlak olan Təbrizin cümə imamının atası da iştirakçılar arasındaydı... Şərqi Azərbaycanın aparıcı futbol komandası “Traktor”un azarkeş qrupu da orada idi. Onlar komanda şərfləri və gödəkçələri ilə gəlmişdilər. Həmçinin özləri ilə gətirdikləri və üzərində "Yaşasın Azərbaycan" yazısı olan İran bayrağını da açdılar.

Ayətullah Xamenei içəri girəndə salondakılar hərəkətləndilər. Hətta bəziləri sevinc və həyəcandan göz yaşları tökdülər. Onlar əllərində 12 günlük İran-İsrail müharibəsində şəhid olmuş təbrizli polis və əsgərlərin fotoşəkillərini tutmuşdular”.

Türkiyəli jurnalist bildirib ki, Xamenei ilə görüşən təbrizlilər bir sıra şüarlar səsləndirib, fars və Azərbaycan türkcəsində mərsiyə və himnlər oxuyublar.

“Xüsusi olaraq bəstələnmiş himn ucadan və eyni anda oxundu.

Səsləndirilən şüarlardan bəziləri bunlar idi:

- Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir!;
- Azərbaycan oyaqdır, inqilaba dayaqdır!;
- Azərbaycan qan verər, inqilaba can verər!;
- Azərbaycan-e canbaz, Xameneidən ayrılmaz!;
- Biz ölməyə hazırıq, Xameneinin sərbazıyıq!;
- Allahu əkbər, Xamenei rəhbər!”


Gürkan Demirin sözlərinə görə, görüşdə Ayətullah Xamenei yanvar iğtişaşları zamanı yetkin mövqe nümayiş etdirdiklərinə görə Şərqi azərbaycanlıları tərifləyib, onlara təşəkkür edib.

“Təxminən üç saatlıq görüş ərzində həm vətəndaşlarla söhbət etmək, həm də müsahibələr almaq imkanım oldu. Şərqi Azərbaycandan gələlər əsasən belə deyirdilər: "Liderimiz və vətənimiz üçün canımızı və qanımızı qurban verməyə hazırıq! Biz hər vəziyyətdə liderimizin arxasında dururuq. İqtisadi, siyasi və hərbi çətinliklərin öhdəsindən gələcəyik!”, - türkiyəli jurnalist yazıb.(Modern.az)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR