Son Xəbər: Zərdabda 5 günlük körpə öldü - Foto, Sabah Bakıda hava çiskinli olacaq, WUF13 çərçivəsində Liderlərin Sammiti mayın 18-də keçiriləcək, Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək, "AzerGold"un bir qrup əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilib, İlham Əliyev İranın yol və şəhərsalma nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, Hərbi xidmətlə bağlı dəyişiklik: Fərqli hesablanacaq, Səidə narkotik iddialarına belə CAVAB VERDİ, Bakıda gül mağazasında partlayış - Video, Mingəçevir sakinlərinin nəzərinə!,

Bakıda gül mağazasında partlayış - Video

Bakıda gül mağazasında partlayış - Video

Tarix: Bugün, 09:38

 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində mağazada yanğın baş verib.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onsəkkizmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən gül mağazasında yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən digər obyektlərə və mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 38kv.m. olan mağazanın yanar konstruksiyaları yanıb. Digər obyektlər və mənzillər yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR