Son Xəbər: Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib, Fransa polisinə yuxarı sinif şagirdlərinə qarşı işıq-səs qumbaraları tətbiq etmək qadağan edilib, Mürsəl İbrahimov Şuşada vətəndaş qəbulu keçirəcək,

Gürcüstanlı komitə sədri: Bu qeyri-insani davranışdır

Gürcüstanlı komitə sədri: Bu qeyri-insani davranışdır

Tarix: 24-02-2026, 16:52

“Abxaziya bölgəsi təəssüf ki, qanunsuz şəkildə işğal altındadır. Orada yaşayan insanlar, o cümlədən uşaqlar ayrı-seçkiliyə məruz qalır, təhsil imkanları məhdudlaşdırılır. İşğalçı qüvvələr gərginlik yaradır, zorakılıq halları törədir, bəzi hallarda silahsız mülki şəxslərə atəş açılması kimi qəbuledilməz hadisələr baş verir. Bu qeyri-insani davranışdır və qəbul edilə bilməz”.

Bunu Azərbaycan, Türkiyə və Gürcüstan Parlamentlərinin xarici əlaqələr komitələrinin onuncü üçtərəfli iclasında  Gürcüstan Parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Şamxaradze bildirib. 

O qeyd edib ki, eyni mənzərə regionun ətrafında da müşahidə olunur:

“Rusiyanın Ukraynaya qarşı silahlı münaqişəsi, eləcə də İran və Suriya ilə bağlı risklər və digər böhranlar. Gürcüstan da bu təzyiqlər fonunda diplomatiyaya sadiq qalır, problemlərin sülh yolu ilə həllini müdafiə edir. Rusiya Federasiyası ilə münasibətlərdə əsas prioritetimiz ərazi bütövlüyümüzün təmin olunmasıdır. Sülh isə həm təhlükəsizlik, həm də iqtisadi inkişaf üçün həlledici amildir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR