Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Azərbaycanın Gürcüstana investisiya qoyuluşunun ümumi məbləği açıqlanıb

Azərbaycanın Gürcüstana investisiya qoyuluşunun ümumi məbləği açıqlanıb

Tarix: 26-02-2026, 12:48

Azərbaycandan Gürcüstana investisiya qoyuluşunun ümumi məbləği 3,1 milyard ABŞ dollarını ötüb.

Bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ölkənin Kaxetiya regionunda keçirilən VII Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunda bildirib.

O, ölkəsinin regionda iqtisadi mərkəz rolunu gücləndirdiyini bildirib: "Gürcüstan regionda əsas ticarət tərəfdaşları və investorlar üçün mühüm platformaya çevrilməkdə davam edir. Məsələn, Türkiyə 2025-ci ildə Gürcüstanın birinci ticarət tərəfdaşı olub. Azərbaycan isə ölkənin ən böyük iqtisadi tərəfdaşları sırasına daxil olaraq yeddinci yerdə qərarlaşıb".

M. Kvrivişvili xüsusilə Azərbaycanla iqtisadi əlaqələrin strateji xarakter daşıdığını vurğulayaraq iki ölkə arasında enerji, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın regional inkişaf üçün vacib rol oynadığını qeyd edib: "Gürcüstan hökuməti regionda etibarlı tərəfdaş kimi çıxış edərək iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə vermək niyyətindədir. Hökumət iqtisadi inkişafın davamlılığını təmin etmək üçün nəqliyyat və logistika infrastrukturuna böyük investisiyalar yatırmağı planlaşdırır. 2032-ci ilə qədər bu sahəyə təxminən 7 milyard ABŞ dolları investisiya yönəldilməsi nəzərdə tutulur ki, bu da Gürcüstanın regional tranzit potensialını artıracaq".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR