Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Boçorişvili: Gürcüstanı regional layihələrdən kənarlaşdırmaq mümkün deyil

Boçorişvili: Gürcüstanı regional layihələrdən kənarlaşdırmaq mümkün deyil

Tarix: 26-02-2026, 15:27

 Gürcüstan ABŞ-nin dəstəyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması gedişatını müsbət qiymətləndirir və bu prosesə öz töhfəsini verməyə hazırdır.

Bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.

Onun sözlərinə görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Ermənistan və Azərbaycana son səfəri Cənubi Qafqaz regionunda sülh prosesinin dəstəklənməsinə yönəlib.

Nazir həmçinin Gürcüstanın regional layihələrdən mümkün kənarlaşdırılması məlumatlarını şərh edib.

"Regionumuzun rolundan, əsasən də Orta Dəhlizdən (TBNM) və bu kontekstdə Gürcüstanın əhəmiyyətindən danışarkən Gürcüstanın rolunu qiymətləndirməmək mümkün deyil. Nə qədər çalışsalar da, bu mümkün deyil. Heç kim alternativ yolların (TRIPP layihəsi – red.) mövcudluğunu istisna etmir və bunda pis heç nə yoxdur, lakin Gürcüstanı qeyd etməmək düzgün deyil. Gürcüstan dənizə çıxışı olan yeganə ölkədir və təkcə bu kifayətdir ki, Gürcüstanın rolunu qiymətləndirməməyin mümkün olmadığına əmin olasan", - Boçorişvili deyib.

O Tbilisi ilə Vaşinqton arasında münasibətlərə toxunaraq qeyd edib ki, Gürcüstan məsləhətləşmələr üçün açıqdır: "Münasibətlərə yenidən baxılmasını gözləyirik, bu da hər iki ölkəni qarşılıqlı hörmət və bərabərliyə əsaslanan strateji tərəfdaşlığa qaytarmağa imkan verəcək. Biz Gürcüstan və ABŞ arasında məsləhətləşmələrin baş tutacağını və Bayden administrasiyasının münasibətlərimizdə qoyub getdiyi həqiqətən mürəkkəb irsi aradan qaldıra biləcəyimizi gözləyirik".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR