Son Xəbər: Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb,

Emin Əmrullayev Xankəndi və Xocalı məktəblərində olub - FOTO

Emin Əmrullayev Xankəndi və Xocalı məktəblərində olub - FOTO

Tarix: 10-03-2026, 15:18

Martın 10-da elm və təhsil naziri Emin Əmrullayev Xankəndi və Xocalı şəhərlərinə səfəri çərçivəsində bir sıra təhsil müəssisələrində tədris prosesi və yaradılmış şəraitlə yaxından tanış olub.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Nazir ilk olaraq Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə olub. Məktəbdə dərs prosesini izləyən nazir burada yaradılan müasir tədris mühiti ilə tanış olub, müəllim və şagirdlərlə söhbət edib. Görüş zamanı işğaldan azad olunmuş ərazilərdə məktəblərin fəaliyyətinin bərpası, müasir infrastrukturun yaradılması və keyfiyyətli təhsil mühitinin formalaşdırılması istiqamətində ardıcıl və sistemli işlər həyata keçirildiyi vurğulanıb.

Səfər çərçivəsində nazir Xankəndi şəhəri 1 nömrəli körpələr evi-uşaq bağçasında da olub. Bağçada təlim-tərbiyə prosesinin təşkili ilə tanış olan nazir həmçinin uşaqların iştirakı ilə təşkil olunan Novruz şənliyini izləyib. Daha sonra nazir Xocalı şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində tədris prosesini izləyib, müəllim və şagird kollektivi ilə görüşüb, burada yaradılmış şəraitlə tanış olub.

Səfər çərçivəsində Emin Əmrullayev Xocalı şəhəri 1 nömrəli tam orta məktəbin Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Nazilə Məmişovanın ailəsini də ziyarət edib.

Bildirilib ki, Nazilə Məmişovanın atası və qardaşı Vətən uğrunda şəhid olublar. Nazir görüş zamanı şəhidlərin xatirəsinin hər zaman böyük ehtiramla yad edildiyini və onların Vətən uğrunda göstərdiyi qəhrəmanlığın heç vaxt unudulmayacağını vurğulayıb.

Emin Əmrullayev Xankəndi və Xocalı məktəblərində olub - FOTO






RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR